Ermənistan müdafiə naziri Azərbaycan torpaqlarına getdiyinə görə vəzifəsindən azad olundu?  

14:36 16.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan hakimiyyət nümayəndələri Qarabağa getməkdən çəkinir. Müharibədən sonra yüksək vəzifəli dövlət məmurlarından heç biri Qarabağa getməyib. Hətta Təhlükəsizlik Şurasının Qarabağdan olan katibi də atasının evinə getmir. Bu cür davranış  həm xarici qüvvələrə, həm də Ermənistan ictimaiyyətinə açıq mesajdır.”

Hafta.az xəbər verir ki,  “Aysor” nəşrinin yaydığı  məlumata görə, bunu  beynəlxalq əlaqələr üzrə şərhçi Suren Sarkisyan noyabrın 15-də  "Müharibə və kapitulyasiya: bir ildən sonra" mövzusunda müzakirələr zamanı bildirib.

Suren Sarkisyanın sözlərinə görə, bu kontekstdə müdafiə naziri Arşak Karapetyanın son səfəri onun bir neçə gün sonra vəzifəsindən uzaqlaşdırılması ilə diqqət çəkir.

“Mən Qarabağa səfərin baş nazirlə razılaşdırılıb- razılaşdırılmadığını söyləməkdə çətinlik çəkirəm. Fikrimcə, bu, razılaşdırılmayıb və ola bilsin ki, istefanın səbəbi də bu olub”, – Suren Sarkisyan qeyd edib.

Xatırladaq ki, dünən noyabrın 15-də   baş nazir N.Paşinyan gözlənilmədən müdafiə naziri Arşak Karapetyanı tutduğu vəzifədən azad edib. Yeni müdafiə naziri hələlik bu günədək baş nazirin müavini vəzifəsində olmuş Suren Papikyan təyin olunub.